Azərbaycan səsı - xəbərlər : Əhli-beyt (ə) sevərlər Vətəni olan Azərbaycanızın hər bir guşəsində İmam Hüseynin (ə) və qəhrəman silahdaşlarının Kərbəlada şəhid olmasının anım mərasimlərinin keçirilməsi davam edir.
Dəyərlərin məlumatına görə, əza mərasimlərinə davam edən İçərişəhər “Cümə” məscidinin dini icması, növbəti tədbirini keçirib.
Tədbirdə İçərişəhər “Cümə” məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu İmam Hüseyn (ə) aşiqlərini Aşuradan həqiqi dərs öyrənməyə çağırdı.
Hacı İlqar İbrahimoğlu vurğulayıb : "Biz bir dünyada yaşayırıq ki, onun tərbiyə sistemində, təhsilində, universitetlərində, məktəblərində, teleməkanında və sairədə insanın qurtuluşunun ən mühüm amili olan tövbə adına heç nə yoxdur.”
“Cümə” məscidinin imam-camaatı əlavə edib : “Aşura bizə öyrədir ki, əgər tövbə olmasa, ən inkişaf etmiş cəmiyyət belə tənəzzülə məhkumdur. Necə ki, biz bunu Aşurada gördük: Həzrət Peyğəmbərin (s) qurduğu cəmiyyət tövbədən uzaqlaşdığı üçün hətta öz İmamlarına qarşı çıxdılar.”
نظرات شما عزیزان:
|
+| نوشته شده توسط سولدوزلو در یک شنبه 11 آبان 1393برچسب:
,
imamlar(ə),
İmam Hüseyn(ə),
İmam Hüseyn(ə),
Peyğəmbər(s,
ə,
s,
),
imam Hüseyn,
azərbaycan səsı,
و ساعت